İrakli Kobaxidzeni gözləyən tələbələrin toplaşdığı Tbilisi Dövlət Universitetinin həyətində qarşıdurma yaşanıb
Gürcüstanın baş naziri İrakli Kobaxidzeni gözləyən tələbələrin toplaşdığı Tbilisi Dövlət Universitetinin həyətində qarşıdurma yaşanıb.
InterPress.ge xəbər verir ki, Tələbə hərəkatının təşkilatçılarından biri Niko Manaqadze dediynə görə, müəyyən bir qrup şəxs onları universitetin qarşısında qarşılayaraq tələbələrə fiziki təzyiq göstərib.
Onun qiymətləndirməsinə görə, bütün bunlar İrakli Kobaxidzenin universitet binasına təhlükəsiz və rahat daxil olması üçün təşkil edilib.
“Universitetin qarşısına toplaşıb etiraz etmək qərarına gəldik, baxmayaraq ki, Zonderlərin səfərbər olduqlarını və birbaşa fiziki təmasda olduqlarını görürsünüz. Polis tərəfindən heç bir adekvat reaksiya olmadı, onlar sadəcə bizim ortamızda dayandılar”, - deyə Niko Manaqadze bildirib.
Məlumat üçün bildirək ki, TDU-nun 2-ci korpusu qarşısına toplaşaraq qəbul olunmuş “Xarici təsirin şəffaflığı haqqında” qanuna etiraz edən tələbələr var.
Həmçinin “Gürcü arzusu”nun gənclər qanadının nümayəndələri də səfərbər edilib.
Əraziyə bir neçə patrul polisi də səfərbər olunub.


