Prokurorluq bacısını qətlə yetirən şəxsə qarşı ittiham irəli sürüb
Gürcüstan Prokurorluğu Qardabanidə bacısını öldürən şəxsə qarşı ittiham irəli sürüb.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Prokurorluğu məlumat yayıb.
Qurumun məlumatına görə, cinayət 16 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
“Daxili İşlər Nazirliyi tərəfindən aparılan istintaq tədbirləri ilə müəyyən edilib ki, təqsirləndirilən şəxs bacısının şəxsi həyatı ilə bağlı məsələlərdə müstəqil qərar qəbul etmək imkanını məhdudlaşdırıb, həmçinin həyat yoldaşından ayrılması faktını ailə ləyaqətinin, qanun pozuntusu kimi qiymətləndirib. Bu səbəbdən mayın 16-da Qardabanidə təqsirləndirilən şəxs əvvəlcə avtomobillə bacısını vurub, daha sonra bıçaqla ona ağır, həyati təhlükəsi olan xəsarətlər yetirib.
Təqsirləndirilən şəxs hadisə yerindən qaçıb. Aldığı xəsarətlər nəticəsində qadın yerindəcə keçinib.
Prokurorluğun məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsi elə həmin gün həbs ediblər. O, Gürcüstan Cinayət Məcəlləsinin 11-ci Prima, 109-cu maddəsinin “h”, “k” və “m” yarımbəndləri (cins əlaməti zəminində, dözümsüzlük zəminində xüsusi amansızlıqla, ailə üzvünü öldürmə, ) ilə ittiham olunub. Sözügedən cinayət 16 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Prokurorluq qanunla müəyyən edilmiş müddətdə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətlə məhkəməyə müraciət edir.
Prokurorluğun məlumatına görə, cinayət işinin istintaqı davam etdirilir”, - deyə qurumun məlumatında qeyd olunub.


