Orta yaşlı kişi yamacın uçması nəticəsində ölüb.
InterPress.ge xəbər verir ki, hadisə dünən, Kobuletinin Kviriki kəndində baş verib.
Məlumata görə, orta yaşlı şəxs fərdi sahibkar üçün drenaj işləri aparırmış.
Gürcüstan Daxili İşlər Nazirliyindən verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin tikintidə təhlükəsizlik qaydalarının pozulmasını nəzərdə tutan 240-cı maddəsi ilə araşdırma aparılır.
