17 
May
2024
09:52
1709

Qardabanidə baş vermiş cinayət hadisəsinin ilkin təfərrüatları AÇIQLANDI

Daxili İşlər Nazirliyi Qardabanidə bacının qardaş tərəfindən qətlə yetirilməsi ilə bağlı rəsmi məlumat yayıb.

InterPress.ge xəbər verir ki, DİN - dən verilən məlumata görə, bacısını qətlə yetirən 2001 -ci il təvəllüdlü şəxs artıq saxlanılıb.

İstintaqın məlumatına görə,  təqsirləndirilən şəxs Qardabanidə idarə etdiyi avtomobillə 1995-ci il təvəllüdlü bacısını qəsdən vurub.Bundan sonra bıçaqla bacısının bədəninə çoxsaylı xəsarətlər yetirib və hadisə yerindən qaçıb. Aldığı xəsarətlər nəticəsində S.İ hadisə yerində ölüb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları N.İ. -ni şübhəli şəxs qismində saxlayıb. Polis cinayət silahını - bıçağı sübut kimi götürüb.

Qurumdan verilən məlumata görə, həyata keçirilən əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis İdarəsinin əməkdaşları 2001-ci il təvəllüdlü N.İ -ni ağırlaşdırıcı şəraitdə qəsdən ailə üzvünü öldürmə ittihamı ilə saxlayıb.

Cinayət 16 ildən 20 ilədək və ya ömürlük həbslə cəzalandırılır.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 11-ci Prima 109-cu maddəsinin “K” yarımbəndi ilə aparılır, bu isə ailə üzvünün qəsdən qətlə yetirilməsini ağırlaşdırıcı şəraitdə nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın