Gürcüstanın Baş naziri İrakli Kobaxidze Türkiyə Respublikasına rəsmi səfəri çərçivəsində Mustafa Kamal Atatürkün məzarı üzərinə əklil qoyub.
InterPress.ge xəbər verir ki, Gürcüstan hökumətinin başçısı nümayəndə heyətinin üzvləri ilə birlikdə Atatürkün məqbərəsini ziyarət edib.
Baş nazir Türkiyə Cümhuriyyətinin qurucusunun xatirəsini ehtiramla yad edib, Atatürk Muzeyindəki xatirə kitabına qeyd qoyub.
