XİN rəhbəri İrakli Kobaxidzenin Türkiyəyə səfəri haqda açıqlama verdi
"Hökumət başçısının Türkiyə Respublikasının Prezidenti ilə görüşü olacaq, burada ölkələrimizin strateji maraqlarını birləşdirən məsələlər müzakirə olunacaq".
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili baş nazir İrakli Kobaxidzenin nümayəndə heyətinin tərkibində olduğu Ankarada bildirib.
Nazirin sözlərinə görə, Türkiyə Gürcüstan üçün strateji tərəfdaşdır və hökumət başçısının səfəri ölkələr arasında sıx münasibətlərə güclü təkan verəcək.
“Türkiyə Cümhuriyyəti bizim xüsusi dostumuz, Gürcüstan üçün strateji tərəfdaş ölkədir. Bizim həm hakimiyyətlər, həm də hökumətlər arasında çox güclü, sıx, dostluq münasibətlərimiz var və xalqlarımız arasında münasibətlərimiz xüsusidir.
Gürcüstanın baş naziri ilk dəfədir ki, Ankaraya rəsmi səfər edir. Hökumət başçısının Türkiyə Respublikasının Prezidenti ilə görüşü olacaq, burada ölkələrimizin strateji maraqlarını birləşdirən məsələlər müzakirə olunacaq. Əminəm ki, bu səfər mütləq çox güclü və möhkəm impuls gətirəcək”, - İliya Darçiaşvili bildirib.


