İrakli Kobaxidze Türkiyə Respublikasına rəsmi səfərə gedib
Gürcüstanın baş naziri İrakli Kobaxidze Türkiyə Respublikasına rəsmi səfərə gedib.
InterPress.ge xəbər verir ki, bu barədə Hökumət administrasiyası məlumat yayıb
Məlumata görə Gürcüstan hökumətinin başçısının rəsmi qarşılanma mərasimi Türkiyə prezidentinin sarayında keçiriləcək. İrakli Kobaxidzeni Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan qəbul edəcək.
Üzbəüz və geniş tərkibdə görüşlər olacaq, bundan sonra iki ölkə liderləri mətbuata birgə bəyanatlarla çıxış edəcəklər.
Gürcüstanın baş naziri İrakli Kobaxidzenin başçılıq etdiyi nümayəndə heyətində baş nazirin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili, baş nazirin müavini, müdafiə naziri İrakli Çikovani, xarici işlər naziri İliya Darçiaşvili, təhsil, elm və gənclər naziri Giorgi Amilaxvari, işğal olunmuş ərazilərdən məcburi köçkünlər, əmək, səhiyyə və sosial müdafiə naziri Mixeil Sarjveladze, Acarıstan Muxtar Respublikası Hökumətinin sədri Tornike Rijvadze və Hökumət Administrasiyasının rəhbəri Levan Jorjolianinin olduğu bildirilir.


