Mamuka Mdinaradze: Xahiş edirəm ki, sanksiya mexanizmi işə düşərsə, başqalarına deyil mənə sanksiya tətbiq edilsin
Şəxsi sanksiyalarla bağlı çox danışılır, bununla bağlı mən qəti şəkildə xahiş edirəm ki, belə bir mexanizm işə düşərsə, başqalarını rahat buraxıb mənə sanksiya qoysunlar”
InterPress.ge xəbər verir ki, “Gürcü arzusu”nun icraçı katibi Mamuka Mdinaradze sosial şəbəkədə bu barədə yazır.
“Şəxsi sanksiyalarla bağlı çox danışılır və mən qəti şəkildə xahiş edirəm ki, belə bir mexanizm işə düşərsə, başqalarını rahat buraxıb mənə sanksiya tətbiq etsinlər!
Bu xahişi fədakarlıq kimi qəbul etməyin, mən sadəcə qanunun qəbuluna görə sanksiyaya məruz qalan ilk qanunverici kimi dünya tarixinə düşmək istəyirəm!
Bura əlavə etsək ki, söhbət şəffaflıq qanunundan gedir, eyni zamanda bəyannamənin doldurulması ilə bağlı qanunun qəbuluna/qəbul edilməsinə görə sanksiyaya məruz qalan ilk və sonuncu millət vəkili olacam!- Mamuka Mdinaradze yazıb.


