Tələbələr Kostava küçəsindən Qəhrəmanlar Meydanına qədər yürüş ediblər.
InterPress.ge xəbər verir ki, bir azdan onlara İdman Sarayından yürüşə başlayan tələbələr də qoşulacaq.
Hazırda Qəhrəmanlar Meydanı bağlanıb.
Tələbələr Qəhrəmanlar Meydanından hakimiyyətə və cəmiyyətə etirazlarını bildirəcəklər. Avropa gələcəklərindən əl çəkməyəcəklərini, heç vaxt rus rejiminə tabe olmayacağını deyirlər. Onların sözlərinə görə, yorulmayacaqlar və hər gün aksiyaya qoşulacaqlar.
