14 
May
2024
17:36
286

DİN Tbilisidəki aksiya ilə bağlı bəyanat yaydı

Qanunverici orqanının yaxınlığında keçirilən aksiya zorakılıq xarakteri alıb, Daxili İşlər Nazirliyi qanunda nəzərdə tutulmuş xüsusi vasitələrdən istifadə edib.

InterPress.ge xəbər verir ki, bu, Daxili İşlər Nazirliyinin məlumatında deyilir.

Daxili İşlər Nazirliyi aksiyanın bütün iştirakçılarını polisin qanuni göstərişlərinə tabe olmağa çağırır.

“Qanunverici orqanın yaxınlığında keçirilən aksiya toplantı və nümayiş qanunu ilə müəyyən edilmiş normalardan kənara çıxıb və zorakılıq xarakteri alıb. Mitinq iştirakçıları parlament binasının yaxınlığında yerləşən qoruyucu bəndi zədələyiblər.  Hüquq-mühafizə orqanlarının əməkdaşlarının çoxsaylı müraciətlərinə baxmayaraq, aksiya iştirakçıları polisin qanuni tələblərinə tabe olmurlar. İctimai asayişin bərpası məqsədilə Daxili İşlər Nazirliyi tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş xüsusi vasitələrdən istifadə olunub.

Daxili İşlər Nazirliyi bir daha bütün aksiya iştirakçılarını polisin qanuni göstərişlərinə tabe olmağa, vəziyyətin süni şəkildə gərginləşməsinə yol verməməyə çağırır, əks halda asayiş keşikçiləri qanunla müəyyən edilmiş xüsusi vasitələrdən istifadə edəcəklər”, - deyə məlumatda bildirilir. 

Bizimlə əlaqə saxlayın