Polis saxladığı aksiya iştirakçısını döyür - VİDEO
Çiçinadze küçəsində polis əməkdaşları ilə aksiya iştirakçıları arasında qarşıdurma yaranıb.
InterPress.ge xəbər verir ki, polis bir neçə vətəndaşı saxlayıb.
Parlamentin arxa girişində xüsusi təyinatlılar və bir su reaktiv maşını səfərbər olunub.
Saxlanılanların dəqiq sayı məlum deyil. Təsdiqlənməmiş məlumata görə, saxlanılanlardan biri Amerika vətəndaşıdır. Kadırlardanda görünür ki, həbs zamanı aksiya iştirakçılarından biri hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən fiziki təzyiqə məruz qalıb və başına zərbə endirilib.
Qeyd edək ki, parlament yaxınlığında mayın 12-də saat 22:00-dan etibarən etiraz aksiyası keçirilir.
Bu gün səhər saat 9:00-da hüquqi məsələlər komitəsi işə başlayacaq və orada "rus qanunu" müzakirə ediləcək. Polis deputatları binaya buraxmaq üçün vətəndaşları parlamentin girişindən zorla çıxarıb.


