12 
May
2024
11:03
241

Parlament “Xarici təsirin şəffaflığı haqqında”qanun layihəsinin üçüncü oxunuşda müzakirəsinə davam edəcək

Milli Məclisin Hüquq məsələləri komitəsinin mayın 13-də keçiriləcək iclasında “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə üçüncü oxunuşda baxılacaq.

InterPress.ge xəbər verir ki, komitənin iclası saat 09:00-a təyin edilib.

Üçüncü dinləmə çərçivəsində yalnız texniki-redaktor dəyişikliklər edilə bilər.

Qanun layihəsinin plenar iclasda üçüncü oxunuşda müzakirəyə çıxarılması tarixinə gəlincə, Büro bu barədə qərar qəbul edəcək.

Mövcud məlumata görə, parlament bu həftə “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini üçüncü oxunuşda təsdiq edəcək. Bununla parlamentdə baxış prosesi başa çatacaq və layihə imzalanmaq üçün prezidentə təhvil veriləcək.

“Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin müəllifi və təşəbbüskarı “Gürcü Arzusu” fraksiyasıdır. Onun məzmunu ötən il başlanmış və etirazlar nəticəsində “yıxılan” layihəyə bənzəyir. “Şəffaflığın təmin edilməsi məqsədi ilə” qanun layihəsində qeyri-sahibkar (qeyri-kommersiya) hüquqi şəxslərin və kütləvi informasiya vasitələrinin gəlirlərinin müəyyən həcmi - xüsusilə, 20%-dən çoxu xaricdən gələrsə, həmin təşkilatların xarici dövlətin maraqlarını həyata keçirən təşkilat kimi qeydiyyata alınması nəzərdə tutulur.

Qanun layihəsinə əsasən, “xarici dövlətin maraqlarını həyata keçirən təşkilat” hesab edilən hər bir təşkilat eyni adlı məlumat bazasında dövlət reyestrində qeydiyyatdan keçməlidir. Qeydiyyat zamanı alınan gəliri əks etdirmək lazım gələcək. Eyni zamanda, təşkilatların hər il maliyyə bəyannaməsini doldurmaq öhdəliyi olacaq.

 

Bizimlə əlaqə saxlayın