Parlamentdə xüsusi təhlükəsizlik səviyyəsi qüvvədə olacaq
Gürcüstan parlamentində mayın 11 və 12-də xüsusi təhlükəsizlik səviyyəsi qüvvədə olacaq.
InterPress.ge xəbəe verir ki, Gürcüstan parlamenti mühafizənin sarı səviyyəsinin tətbiq olunacağı və ziyarətçilərin binaya girişinin məhdudlaşdırılması barədə bəyanat yayıb.
Gürcüstan parlamenti sədrinin 4 sentyabr 2023-cü il tarixli “Gürcüstan Parlament Sarayında təhlükəsizlik qaydalarının təsdiq edilməsi haqqında” N1/259/23 sərəncamına uyğun olaraq, bu ilin 11-12 may tarixlərində Gürcüstanın Parlament Sarayında sarı təhlükəsizlik səviyyəsi qüvvədə olacaq - ziyarətçilərin Parlament Sarayına girişi məhdudlaşdırılacaq.
Binaya yalnız Gürcüstan parlamentinin üzvləri və ofisin əməkdaşları buraxılacaq.
Sözügedən tədbirin məqsədi Gürcüstan parlamentinin sarayında iş və təhlükəsiz mühitin təmin edilməsidir”, - parlamentdən bildirilir.


