10 
May
2024
22:06
394

Marneulidə ümumilli lider Heydər Əliyevin doğum gününə həsr olunmuş tədbir keçirilib

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101 ili ilə əlaqədar “Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin” təşkilatçılığı ilə “Azərbaycan Evində” Ulu Öndərin doğum gününə həsr olunmuş tədbir keçirilib.

InterPress.ge xəbər verir ki, tədbiri giriş sözü ilə açan “Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin” icraçı direktoru Murad Muradov qonaqları salamladıqdan sonra Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra çıxış üçün söz Azərbaycan Respublikasının Gürcüstandakı səfiri Cənab Faiq Quliyevə verilib. Cənab səfir öz çıxışında Ulu Öndərin fəaliyyəti, Gürcüstana olan isti munasibəti haqda söz açaraq, təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş Gürcüstan-Azərbaycan dostluq və strateji partnyorluq münasibətləri haqda geniş çıxış edib.

Daha sonara çıxış üçün söz Marneuli meri Kənan Ömərov və Marneuli Bələdiyyəsinin Sədri Amiran Qiorqadzeyə verilib. Onlar da, öz növbələrində Ulu Öndərin həyatı, iki ölkə arasındakı dostluq, qardaşlıq, ikitərəfli tərəfdaşlıq münasibətələrinin yaranmasındakı müstəsna rolundan bəhs ediblər.

Tədbirdə Ulu Öndərlə şəxsən görüşmək şərəfinə laiq olmuş, Gürcüstan Parlamentinin keçmiş deputatı Hidayət Hüseynovda iştirak edib və Ümummilli Lider Heydər Əliyevlə görüşündən olan xatirələrini tədbir iştirakçıları ilə bölüşüb.

Daha sonra GAİM-in rəhbəri Murad Muradov, mərkəzin “Robotexnika klubu” tərəfində hazırlanmış Ulu Öndərin 3D formatda hazırlanmış imzasını Cənab Səfir Faiq Quliyevə təqdim edib.

Tədbirin sonunda, GAİM tərəfindən elan edilmiş, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci il dönümünə həsr olunmuş, “Ulu Öndərin Ömür Yolu” adlı məktəblilər arası inşa müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Bizimlə əlaqə saxlayın