Mayın 12-13-də Gürcüstanda arabir yağış yağacağı, şimşək çaxacağı, bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi, küləyin güclənəcəyi ehtimalı var.
InterPress.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayıb.
Onların məlumatına görə, Gürcüstanda gözlənilən güclü yağıntılar çaylarda suyun səviyyəsinin əhəmiyyətli dərəcədə artmasına, kiçik çaylarda daşqınlara, dağlıq və yüksək dağlıq ərazilərdə sürüşmələrin başlamasına və aktivləşməsinə səbəb ola bilər.
