24 
Avq
2020
10:00
915

Azərbaycanda Gürcüstan vətəndaşı saxlanıldı

Azərbaycanın Balakən bölgəsində 22 avqust tarixində Gürcüstan vətəndaşından narkotik vasitə götürülüb.

InterPress.ge-nin məlumatına görə, Balakən rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövrüyyəsi ilə məşğul olan şəxslərin tapılaraq istintaqa təhvil verilməsi istiqamətində əməliyyat-axtarış tədbiri keçirib.

RPŞ-yə daxil olmuş məlumat əsasında 1993-cü il təvəllüdlü, Gürcüstan Respublikası vətəndaşı və hazırda rayonun Sarıbulaq kəndində müvəqqəti yaşayan K.İ rayon ərazisində saxlanılıb. K. İ-nin üzərində aparılan şəxsi axtarış zamanı 1 ədəd sellofon torbada təmiz çəkisi 395 qram olan narkotik vasitə hesab edilən qrudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Balakən RPŞ-də araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər