Qamğrelidze ölkəmizdə koronavirusun son vəziyyətindən danışdı
"Ölkədə epidemioloji vəziyyət idarəolunandır narahatçılığa heç bir səbəb yoxdur".
InterPress.ge xəbər verir ki, bu barədə Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri Amiran Qamğrelidze jurnalistlərə açıqlama verib.
"Fövqəladə və panikaya səbəb heç nə yoxdur. Vəziyyət idarəolunandır. Virusa yoluxma halları erkən aşkarlanır, şübhəlilər karantinə və virusdaşıyıcıları xəstəxanaya yerləşdirilir. Eyni zamanda Mestia bələdiyyəsində geniş test prosesi keçirilir. Srağagün və dünən çoxunun 12 günlük karantin müddəti sona çatdı", - dedi Qamğrelidze.
Onun sözlərinə görə, Mestiyada 1052 nəfər testdən keçib.
"Bu 1052 nəfərin içində karantində və Lengeri kəndində olanlar var. Pis hava şəraitindən dolayı orada test prosesi baş tutmadı. Eyni zamanda Batumi bulvarında və Kobuletidə test prosesləri aparılır, hələ ki test cavabları mənfidir. Şekvetilidə, Batumidə və Kobuletidə 180-dək bioloji nümunə araşdırılıb. Buradan 82 nin cavabını bilirik və hal hazırki mərhələdə hamısının cavabı mənfidir".