Gürcüstan “Eurovision 2024”ün finalına vəsiqə qazanıb
Gürcüstan təmsilçisi Nutsa Buzaladze “Eurovision”un finalına yüksəlib.
InterPress.ge xəbər verir ki, bu gün “Eurovision 2024”-ün ikinci yarımfinalı keçirilib və burada 16 ölkənin nümayəndəsi tamaşaçılara özünü təqdim edib.
Gürcüstan təmsilçisi Nutsa Buzaladze 11-ci yerdə "Firefighter" mahnısı ilə çıxış edib.
Tamaşaçıların qərarına əsasən finala Gürcüstanla yanaşı daha doqquz ölkə: Latviya, Avstriya, Hollandiya, Norveç, İsrail, Yunanıstan, Estoniya, İsveçrə, Ermənistan çıxıb.
Builki qaydalara əsasən, yarımfinaldan finala keçidi yalnız tamaşaçılar həll edir və münsiflər heyəti səsvermədə iştirak etmir.
Qeyd edək ki, Eurovision 2024-ün final yarışmasında 26 ölkə iştirak edəcək. Bundan ilk on ölkə - birinci yarımfinaldan, ikinci on ölkə isə bugünkü konsertdən finala yüksəlib.“Böyük beşlik” ölkələri və ev sahibi İsveç avtomatik olaraq finala çıxıb.
Mayın 11-də "Eurovision 2024"-ün finalının yayımı Gürcüstanın Birinci Kanalı tərəfindən yayımlanacaq.


