08 
May
2024
22:31
397

Daha bir Gürcüstan vətəndaşı işğalçı qüvvələr tərəfindən saxlanılıb

Rus işğalçı qüvvələrinin nümayəndələri Gürcüstan vətəndaşını Qori bələdiyyəsinin Axalubani kəndi yaxınlığında qanunsuz olaraq saxlayıblar.

InterPress.ge xəbər verir ki, məlumatı Dövlət Təhlükəsizliyi Xidməti yayıb.

Sözügedən hadisə ilə bağlı məlumat daxil olan kimi Dövlət Təhlükəsizliyi Xidməti Avropa İttifaqının Monitorinq Missiyası tərəfindən idarə olunan “qaynar xətt”i işə salıb.

“Daha bir qanunsuz həbs faktı barədə məlumat dərhal Cenevrədəki beynəlxalq müzakirələrin həmsədrlərinə və beynəlxalq tərəfdaşlara çatdırılıb.

Qeyri-qanuni həbs edilən Gürcüstan vətəndaşının tezliklə azad edilməsi üçün bütün mövcud mexanizmlər işə salınıb.

Gürcüstanın işğal olunmuş ərazilərində, eləcə də işğal xətti boyunca törədilən bütün dağıdıcı hərəkətlərə görə məsuliyyət Rusiyanın işğalçı qüvvələrinin üzərinə düşür”, - qurumun məlumatında deyilir.

Bizimlə əlaqə saxlayın