Gürcüstanda faciə - mikravtobus dərədən aşdı, 12 nəfər həyatını itirdi
Tuşetidə, Şatili yolunda avtomobil qəzası nəticəsində mikroavtobus 80 metr hündürlükdən aşıb. Hadisə nəticəsində 12 vətəndaş həyatını itirib, 3 vətəndaş isə ağır yaralanıb.
InterPress.ge xəbər verir ki, bu haqda Daxili İşlər Nazirliyi məlumat yayır.
Daxili İşlər Nazirliyinə yol qəza hadisəsi haqqında məlumat daxil olduqdan dərhal sonra Nazirliyin müvafiq bölmələri polis və kriminal bölmənin ekipajı, xilasedicilər, yanğınsöndürənlər və eləcədə təcili tibbi yardım briqadası hadisə yerinə səfərbər olunub.
Müvafiq tədbirlər çətin coğrafi relyefə və meteoroloji şərtlərə baxmayaraq kəsintisiz həyata keçirilir.
İlkin məlumata görə, hadisə nəticəsində 12 vətəndaş həyatını itirib 3 vətəndaş isə ağır yaralanıb. Xəsarət alanlar artıq təhlükəsiz yerə çıxarılıblar və hal hazırda xəstəxanaya aparılırlar. Nəqliyyat vasitəsində olan digər şəxslərin axtarışı və çıxarma işləri davam edir.
Faktla bağlı istintaq Gürcüstan cinayət Məcəlləsinin 276-cı maddəsi ilə başladılıb.