Xilasedicilər üçüncü yeniyetmənin də meyitini Nakra çayında tapıblar.
InterPress.ge xəbər verir ki, ölən digər 12-ci sinif şagirdidir.
Xatırladırıq ki, mayın 2-də Mestianın Nakra kəndində 3 gənc avtomobillə çaya düşüb. Avtomobildə iki 12-ci sinif şagirdi və bir 14 yaşlı yeniyetmə əyləşib.
Bundan əvvəl, mayın 5-də Nakrada bir yeniyetmənin meyiti tapılmışdı.Bu səhər isə xilasedicilər daha bir yeniyetmənin meyitini çaydan çıxarıblar.
