Mərkəz rəhbəri bu gün koronavirusa yoluxanlar haqda açıqlama verib
"Koronavirusun təsdiqlənmiş 17 halından 11-i Lengeri kəndində, biri virusdaşıyıcısı ilə təmas, beşi isə xaricdən daxilolmadır".
InterPress.ge xəbər verir ki, bu barədə Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri Amiran Qamğrelidze qeyd edib.
Qamğrelidzenin açıqlamasına görə, yeni virusa yoluxan şəxslərin hamısının yoluxma mənbəyi bəllidir.
"Bu gün 17 koronavirus halı qeydə alınıb. Gürcüstan miqyası ilə bütünlükdə laboratoriya ilə təsdiq edilmiş 1141 koronavirus halı var. Buradan 17-si yenidir bundan isə 11-i Mestia bələdiyyəsində Lengeri kəndinə aiddir , biri virusdaşıyıcısı ilə təmas olandır, 5-i isə xaricdən daxilolmadır. Yeni yoluxma hallarının hamısının mənbəyi bəllidir. Daxilolmalardan üçü yük avtomobili sürücüsüdür", - deyə A.Qamğrelidze qeyd edib.