Gürcüstanda pis hava şəraiti nə vaxta kimi davam edəcək? - AÇIQLAMA
Sabah günün ikinci yarısından Qərbi Gürcüstanda, Şərqi Gürcüstanda isə 25 avqustdan hava bir az günəşli olacaq.
InterPress.ge xəbər verir ki, bu barədə Ətraf mühitin hidrometeoroloji proqnozlar bürosunun rəhbəri Svetlana Nioradze məlumat verib.
Onum verdiyi məlumata görə, bu gün qeyri-sabit hava şəraiti günün sonuna qədər davam edəcək, sabah isə az yağış yağacaq.
"Yağışın intensivliyi yavaş-yavaş azalacaq. Sabah səhər saatlarında bəzi yerlərdə qısamüddətli yağış yağacaq. Qərbi Gürcüstanda günün ikinci yarısından, Şərqi Gürcüstanda isə 25 avqustdan hava günəşli olacaq. Havanın temperaturu artacaq. Həftənin ikinci günündən həftə sonunadək həm Qərbi həm də Şərqi Gürcüstanda pis hava şəraiti gözlənilir. Sabahdan Qərbi Gürcüstanda havalar istiləşəcək, Şərqi Gürcüstanda isə 25 avqustda +35, +38 dərəcə isti olacaq ", - deyə Nioradze qeyd edib.