Svanetidə Nakra çayına düşən 3 yeniyetmədən biri ölü tapılıb.
InterPress.ge xəbər verir ki, çayın yaxınlığında qız meyiti tapılıb.
Qalan iki yeniyetmənin axtarışları davam etdirilir.
Xilasedicilər mayın 2-dən Nakra çayında gənclərin axtarışına başlayıblar. Əldə olan məlumata görə, 12-ci sinif şagirdlərinin oturduğu avtomobil çaya düşüb.
