05 
May
2024
12:22
265

Asiya İnkişaf Bankının prezidenti: Regional mərkəzin yaradılmasında Gürcüstanı dəstəkləyirik

Asiya İnkişaf Bankı regional mərkəzin yaradılması prosesində Gürcüstanı dəstəkləyir.

InterPress.ge"Report"un Gürcüstan bürosuna istinadən xəbər verir ki, bu barədə bankın prezidenti Masatsuqu Asakava bildirib.

“Asiya İnkişaf Bankı Gürcüstanın bölgədə ticarətin rəqəmsallaşdırılması, regional əlaqə, maliyyə inklüzivliyi, investisiya mühiti, ekoloji davamlılıq, davamlı enerji və qlobal təchizat zəncirlərinə inteqrasiya baxımından regional iqtisadi mərkəzə çevrilməsini dəstəkləyir”, - bankın prezidenti deyib.

 

Bizimlə əlaqə saxlayın