Güclü yağış Batumi şəhərini su altında qoydu - FOTO
Güclü yağış səbəbindən Batumidə bir neçə küçə su altında qalıb.
InterPress.ge xəbər verir ki, "Batumi Su" şirkətindən verilən məlumata görə, problemlər Ximşiaşvili, Lermontov, Şavşeti, Qriboedov və Çavçavadze küçələrində yaranıb.
Eyni zamanda Batumi şəhər meriyasından verilən məlumata görə, meriyanın bütün xidmətləri təcili rejimdə işləyir. Batumi Su xüsusi texnikası və drenaj şəbəkəsinin qrupları səfərbər olunub.
Nasos işləri gecə boyu intensiv aparılıb. İşlər hələ davam edir. Suyunun axınını təmin etmək üçün dənizə axan kanallar intensiv təmizlənir.
"Batumi Tskali" şirkəti bildirir ki, drenaj kanalları əvvəlcədən təmizlənmişdi, ancaq o qədər yağış yağdı ki, quyuları işə salmaq mümkün olmadı. Hazırda Batumi su xüsusi texnikası, drenaj şəbəkəsi qrupları səfərbər olunur və hazırda işlər davam etdirilir.
"Quyulardakı yığılan zibili təmizləyəcəyik ki, keçid baxımından problem yaratmasın. Problemi olan ərazilərdə 24 saat səfərbər olan qruplarımız olacaq" - deyə şirkətdən bildirilir.
Qeyd edək ki, Batumidə iki gündür güclü yağış yağır.