Ölkədə yağmurlu hava nə vaxta kimi davam edəcək?
"Yaxın günlərdə bütün ölkədə hava sərin və rütubətli hava kütlələrinin intensiv yayılması ilə müəyyənləşəcək.
InterPress.ge xəbər verir ki, meteoroloq Koba Fartenadze yaxın günlərin hava proqnozu haqqında məlumat verib.
"Bu ilki Pasxa bayramı ötən illərdən fərqli olaraq yağıntılı olacaq! Yaxın günlərdə bütün ölkədə hava sərin və rütubətli hava kütlələrinin intensiv yayılması ilə müəyyənləşəcək, bu səbəbdən - mayın 5-də həm qərbi, həm də şərqi Gürcüstanda bəzi yerlərdə intensiv yağıntı olacağı gözlənilir. Hər yerdə (düzənlikdə və dağlarda) havanın temperaturu mayın 5-də +18, +20 dərəcə təşkil edəcək , görmə şəraiti məhdudlaşacaq, mayın 6-da ölkə ərazisində yağıntıların intensivliyi azalacaq.7 Maydan etibarən yağış yağmağa başlayacaq və 8 Mayda Gürcüstanda günəşli hava şəraiti hökm sürəcək"- məlumatda bildirilib.


