Pasxa gecəsində metro uzadılmış saatlarla işləyəcək
Pasxa bayramı ərəfəsində Tbilisi metrosu uzadılmış saatlarla işləyəcək, mayın 5-6-da isə əlavə avtobus marşrutlarının hərəkəti nəzərdə tutulub.
InterPress.ge xəbər verir ki, bu barədə Tbilisi Meriyası məlumat yayıb.
Vətəndaşların rahat hərəkətini təmin etmək məqsədilə metro mayın 5-i saat 04:00-dək fəaliyyət göstərəcək, mayın 4-ü saat 23:00-dan isə yeraltı nəqliyyat ilə hərəkət pulsuz olacaq.
Bundan əlavə, mayın 5-6-da doqquz müvəqqəti avtobus marşrutu yaradılacaq. Avtobuslar səhər saat 08:00-dan 20:00-a kimi Muxatqvedi, Vaşlicvari, Kukiya, Axali Kukiya, Maxata, Saburtalo, Ğrmağele, Vele və Varketili qəbiristanlıqları istiqamətində hərəkət edəcək
Avtobuslar “Marcanişvili”, “Delisi”, “Saracişvili”, “Varketili”, həmçinin “Didube” meteostansiyalarının aşağı və yuxarı çıxışlarından; vağzal meydanından (birbaşa "Tbilisi Central"-dan); Besarion Çiçinadze küçəsindən; Varketili III massivindən, Şuamta və Abaşvili küçələrinin kəsişməsindən hərəkət edəcək.
Vətəndaşlar iki gün ərzində bu avtobuslardan pulsuz istifadə edəcəklər


