Gürcüstana ən çox bu ölkələrdən turist gəlir - SİYAHI
Bu ilin 1-ci rübündə Gürcüstana 1 300 551 beynəlxalq səyahətçi gəlib.
InterPress.ge xəbər verir ki, Milli Turizm Administrasiyası 2024-cü ilin 1-ci rübünün nəticələrini açıqlayıb.
Bunlardan digər səfərlər (qeyri-turizm) 143 204, beynəlxalq ziyarətçilər tərəfindən edilən səfərlər isə 1 157 347 olub.
Qeyd edək ki, administrasiyanın məlumatına görə, 2024-cü ilin 1-ci rübündə beynəlxalq səyahətçilərin səfərlərinin sayı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 7,6%, pandemiyadan əvvəlki 2019-cu ilin eyni göstəricisindən isə 19,6% azdır.
2024-cü ilin yanvar-mart aylarında beynəlxalq ziyarətçilərin həyata keçirdikləri səfərlərə əsasən, ilk 15 ölkə belə görünür:
Türkiyə - 254 577 ziyarətçi;
Rusiya - 215 468 ziyarətçi;
Ermənistan - 191 830 ziyarətçi;
Azərbaycan - 51 466 ziyarətçi;
İsrail - 46 789 ziyarətçi;
İran - 28 811 ziyarətçi;
Qazaxıstan - 27 874 ziyarətçi;
Ukrayna - 24 538 ziyarətçi;
Hindistan - 20 645 ziyarətçi;
Belarusiya - 17 236 ziyarətçi;
Polşa - 11 734 ziyarətçi;
Almaniya - 11 005 ziyarətçi;
Filippin - 10 551 ziyarətçi;
Çin - 9905 ziyarətçi;
Özbəkistan - 9863 ziyarətçi.


