Tbilisidə “Şəffaflıq Qanunu”na qarşı aksiya keçirilir
Tbilisidə “Şəffaflıq Qanunu”na qarşı aksiya keçirilir.
InterPress.ge-nin xəbərinə görə, Asiya İnkişaf Bankının (AİB) 57-ci illik toplantısı çərçivəsində həmin oteldə tədbir keçirilir.
Aksiyanın təşkilatçılarının sözlərinə görə, otel qarşısında yığılmağın əsas məqsədi forum iştirakçılarına, Asiya İnkişaf Bankının nümayəndələrinə “Şəffaflıq Qanunu” ilə bağlı öz mövqelərini başa salmaqdır.
Aksiyada təhlükəsizlik tədbirləri patrul polisi tərəfindən qorunsa da, aksiyanın təşkilatçıları ilə hüquq-mühafizə orqanlarının əməkdaşları arasında bir neçə dəfə şifahi münaqişə yaranıb.
Əvvəlcə, “Paraqraf” mehmanxanasının yaxınlığında keçirilən aksiya iştirakçıları yolları bağlayıb.
İndi isə aksiya iştirakçıları “Gürcü Arzusu”nun ofisinə gedirlər. Hakim partiyanın mərkəzi ofisi qarşısına çox sayda polis səfərbər olunub.


