03 
May
2024
08:31
355

Türkiyə İsraillə ticarət əlaqələrini dayandırıb

Türkiyə İsraillə ticarət əlaqələrini tamamilə dayandırıb.

InterPress.ge xəbər verir ki, bu barədə Türkiyənin Ticarət Nazirliyi məlumat yayıb.

“Dövlət səviyyəsində görülən tədbirlərin ikinci mərhələsinin həyata keçirilməsinə başlanılıb, bütün mal qrupları üzrə İsraillə ixrac-idxal əməliyyatları dayandırılıb”, - nazirliyin açıqlamasında bildirilib.

Qeyd olunub ki, mövcud qadağa İsrail hökumətinin Qəzzaya fasiləsiz humanitar yardım çatdırılmasına icazə verənə qədər qüvvədə olacaq.

 

Bizimlə əlaqə saxlayın