“Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə etiraz aksiyasının təşkilatçıları mayın 11-də böyük nümayiş keçirəcəklər.
InterPress.ge xəbər verir ki, bu barədə aksiyanın təşkilatçılarından biri qanunverici orqan qarşısında çıxışında qeyd edib.
Onun sözlərinə görə, hələ etiraz etməyənlərin hamısı mayın 11-də keçiriləcək mitinqə gəlməlidir.
“Mayın 11-də gəlin hamımız birlikdə çox böyük bir nümayiş təşkil edək. Böyük, dinc, güclü, özünəinamlı nümayiş”, - deyə mitinqin təşkilatçılarından biri Levan Tsutskiridze bildirib.
