Pasxa bayramı ilə əlaqədar Gürcüstan prezidenti 25 məhkumu əfv edib.
InterPress.ge xəbər verir ki, cəzaçəkmə müəssisəsində 4-ü qadın olmaqla, 16 məhkum cəzasını davam etdirməkdən tam azad edilib, 1-i qadın olmaqla 8 məhkumun qalan cəzası azaldılıb.
Amnistiya aktı 2 şərti məhkuma da şamil edilib və onlar şərti olaraq cəza çəkməkdən tam azad ediliblər.
