Parlament seçkiləri ilə bərabər bir neçə seçki məntəqəsində özünüidarə orqanlarının rəsmi nümayəndələrinin eləcə də Acaranın ali şurasının seçkisi keçiriləcək.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcü Arzusu - Demokratik Gürcüstan partiyasının siyasi şurası bəyanat yayır.
Gürcü arzusu şura iclasında namizədlər haqqında danışılıb.
Bəyanatı sizə təqdim edirik:
"İctimaiyyətə bildirmək istəyirik ki, parlament seçkiləri ilə bərabər bir neçə seçki məntəqəsində özünüidarə orqanlarının rəsmi nümayəndələrinin eləcə də Acaranın ali şurasının seçkisi keçiriləcək. Namizədlər bunlardır:
Kutaisidə - Gürcü arzusunun merliyə namizədi İmereti qubernatorunun birinci müavini İoseb Xaxaleişvili.
Tercolada merliyə namizəd - Tercola merinin səlahiyyətlərinin icraçısı Laşa Qoqiaşvili.
Xaraqaulidə - Gürcüstan parlamentinin deputatı Koba Lursmanaşvili
Onidə - Oni merinin səlahiyyətlərinin icraçısı David Çikvaidze
Kaspidə - Dövlət audit xidmətinin maliyyə və logistika departamentinin rəhbəri Vaxtanq Maisuradze
Tbilisi sakrebulosunun Krçanisi majoritar deputatlığa namizəd - Krçanisi icra başçısı Levan Caparidze
Batumidə ali şuranın majoritar deputatlığa namizədi - Acara M-nın kənd təsərrüfatı nazirinin müavini Tite Aroşidze
Kobuletidə ali şuranın deputatlığa namizədi - Çotne Ananidze
Xulo, Şuaxevi, Kedi, Xelvaçaurinin ali şurasının majoritar deputatlığa namizədi Şuaxevinin meri Fridon Putkaradze irəli sürülüb ", - bəyanatda bildirilir.
Siyasət
Gürcü Arzusu - Demokratik Gürcüstan partiyasının siyasi şurası bəyanat yayır

Dinləmək üçün basın
Parlament seçkiləri ilə bərabər bir neçə seçki məntəqəsində özünüidarə orqanlarının rəsmi nümayəndələrinin eləcə də Acaranın ali şurasının seçkisi keçiriləcək. InterPress . ge xəbər verir ki, bu barədə Gürcü Arzusu…
Xəbəri qiymətləndir
InterPress.ge kanalları
Xəbərləri sosial media kanallarımızda izləyin