02 
May
2024
18:21
424

“Lilo Mall”da sifarişlə qəsdən adam öldürən şəxsə ömürlük həbs cəzası verildi

Şəhər məhkəməsi ittiham tərəfinin təqdim etdiyi sübutları tam qəbul edərək təqsirləndirilən şəxsi “Lilo Mall”un ərazisində qəsdən adam öldürmədə təqsirli bilib.

InterPress.ge xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Məlumata görə, Tbilisi Şəhər Məhkəməsi təqsirləndirilən şəxsə ömürlük həbs cəzası verib. Hadisə 2023-cü il avqustun 3-də baş verib.

“Məhkəmədə tədqiq edilmiş sübutlar əsasında müəyyən edilib ki, həmin şəxs xaricdəki kriminal avtoritetin adı ilə “Lilo Mall” ticarət mərkəzinin satıcılarından pul tələb edib, ancaq zərərçəkmiş şəxs pul vermədiyi üçün onun öldürülməsi barədə sifariş alıb. Məhkum şəxs sifarişçinin dostu vasitəsi ilə qətlə görə odlu silah və pul alıb.

3 avqust 2023-cü il tarixdə məhkum edilmiş şəxs sifarişi yerinə yetirmək məqsədilə “Lilo Mall” ticarət mərkəzinin yaxınlığında zərərçəkmişin baş nahiyəsinə 2 güllə yarası vuraraq hadisə yerindən qaçıb. Aldığı xəsarətlər nəticəsində zərərçəkmiş avqustun 17-də dünyasını dəyişib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları cinayəti törədən şəxsi elə həmin gün yaxalayıb. Tbilisi Şəhər Məhkəməsi təqsirləndirilən şəxsi ittiham üzrə təqsirli bilib və cəzanın forması və tədbiri kimi ömürlük həbs cəzası təyin edib”, - məlumatda deyilir.

Bizimlə əlaqə saxlayın