Gürcüstanda son bir ayda hansı məhsullar bahalaşıb?
Ötən ayla müqayisədə geyim, ayaqqabıların, spirtli içkilərin və tütün məmulatlarının qiymətləri artıb.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika Xidməti məlumat yayıb.
Statistikaya görə, əvvəlki ayla müqayisədə nəqliyyat xidmətləri və şəxsi avtonəqliyyat vasitələrinin istismarı qiymətləri də bahalaşıb.
“Aylıq inflyasiya indeksinin formalaşmasına əsasən aşağıdakı qruplar üzrə qiymət dəyişiklikləri təsir göstərib: geyim və ayaqqabı: qrup üzrə qiymətlər 2,8 faiz artıb ki, bu da aylıq inflyasiyanı 0,1 faiz bəndi əks etdirib. Qiymətlər həm ayaqqabı (5,1 faiz), həm də geyim (1,9 faiz) alt qrupları üzrə artıb; Nəqliyyat: qrup üzrə qiymətlər 0,7 faiz artıb ki, bu da aylıq inflyasiyanı 0,07 faiz bəndi əks etdirib. Nəqliyyat xidmətləri (1,5 faiz) və şəxsi avtomobillərin istismarı (0,7 faiz) qiymətləri artıb; Spirtli içkilər, tütün: qiymətlər bir əvvəlki aya görə yüzdə 0,7 artım təşkil edib. Buna görə qrupun aylıq indeksə qatqısı 0,05 faiz bəndi olub. Həm spirtli içkilər (1,0 faiz), həm də tütün məmulatları (0,4 faiz) bahalaşıb”, - məlumatda qeyd olunur.


