Rustaveli prospektində aksiya iştirakçılarına qarşı gözyaşardıcı qazdan və rezin güllələrdən istifadə edilib.
InterPress.ge xəbər verir ki, nəticədə bir nəfər yaralanıb.
Bundan əvvəl Çitadze küçəsində Parlamentin həyətinin ərazisində su şırnaqlarından istifadə edilib.
Hazırda orada vəziyyət gərgindir.
Parlamentin yaxınlığında siqnalın kəsildiyi bildirilir, ona görə də telefon, internet və s. kimi vasitələrdən istifadə etmək demək olar ki, mümkün deyil.
