Mitinq iştirakçılarının bir hissəsi parlamentin qapısını sındırmağa cəhd edib
Rustaveli prospektində, Gürcüstan parlamentinin yaxınlığında “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə etiraz edirlər.
InterPress.ge xəbər verir ki, mitinq iştirakçılarının bir hissəsi Parlamentin qapısını sındırmağa cəhd edib.
Etirazçıların ikinci qrupu həmin yerə gələrək onları dinc aksiyaya çağırıb.
Bundan başqa, mitinq iştirakçıları Rusiya bayrağını yandırıblar.
DİN az əvvəl açıqlama yayıb və müxtəlif bölmələrin nümayəndələrinin Parlamenti əhatə edən ərazini tamamilə tərk etdiyini və etirazçıların aksiyanı istədikləri yerdə keçirmək imkanına malik olduqları bildirilib.
Bundan əlavə, Daxili İşlər Nazirliyi siyasi partiya rəhbərlərini, mitinqin təşkilatçılarını və iştirakçılarını qanunu pozmamağa, dinc şəraitdə etirazlarını bildirməyə və zorakılıq xarakterli hərəkətlər etməməyə çağırıb.


