Kənd sakinlərinin ümumi əhalidə payı tarixi minimumdadır.
InterPress.ge xəbər verir ki, bu, Milli Statistika Xidmətinin məlumatında qeyd olunub.
Statistikaya görə, 2001-ci ilin əvvəlinə kənd əhalisinin xüsusi payı 44,8%, son məlumatlara görə isə 39,6% təşkil edib.
O cümlədən, kənd yerlərində yaşayan vətəndaşların sayı 2001-ci ilin əvvəlinə 1807,2 min nəfər olub. O vaxtdan bəri bu rəqəm hər il azalıb və 2023-cü ilin əvvəlinə 1 480 600 nəfər olub.
Qeyd olunan məlumatlar göstərir ki, 2001-ci ildən 2023-cü ilin əvvəlinə qədər kənddə yaşayan əhalinin sayı təxminən 326,6 min nəfər azalıb.
