Anonymous: Gürcüstanda aksiya iştirakçılarına hücum bütün dövlət məmurları haqqında məlumatların yayılmasına səbəb olacaq
Anonymous haker qrupu Gürcüstanda etirazçılara hücumun bütün dövlət məmurları haqqında məlumatların yayılmasına səbəb olacağını iddia edir.
InterPress.ge xəbər verir ki, bu barədə Anonymous haker qrupu yazıb.
“Gürcüstandakı mitinq iştirakçılarına: biz sizin yardım xahişinizi eşitdik. Küçələrə çıxın, tək deyilsiniz. Anonymous üzvləri sizinlədir və demokratiya, azadlıq və firavanlıq uğrunda mübarizədə sizə kömək edir. Gürcüstan Polisinə: Etirazçılara hücum etmək hökumətinizdəki bütün məmurlar haqqında məlumatların yayılması ilə nəticələnəcək. Biz sizin verilənlər bazalarınızı və e-poçtlarınızı ələ keçirib internetdə yayacağıq. Bu, sizin ilk və son xəbərdarlığınızdır”, - Anonymous sosial şəbəkədə yayımladığı bəyanatda bildirib.
Anonymous “Gürcü arzusu”na da müraciət edir.
Rusiyanın dəstəklədiyi “Arzu Partiyası”na: unutmayın ki, Gürcüstan Rusiya deyil və heç vaxt olmayacaq. Bizi gözləyin,”


