01 
May
2024
13:56
356

Parlament qarşısında aksiya keçiriləcək

Bu gün parlament qarşısında “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə qarşı aksiya davam edəcək.

InterPess.ge xəbər verir ki, aksiya təşkilatçılarının verdiyi məlumata görə, etiraz aksiyası saat 17:00-da qanunverici orqanın arxa girişində başlayacaq.

Məlum olduğu kimi, bugünkü aksiyaya rayonlardan olan vətəndaşlar da qoşulacaq.

Məlumat üçün bildirək ki, bu gün Milli Məclisin plenar iclası səs-küy - şifahi və fiziki qarşıdurma şəraitində davam edib. Sessiyada “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin ikinci oxunuşda - maddə-maddə müzakirəsi davam edir.

“Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi ümumilikdə 11 maddədən ibarətdir. Aprelin 30-da keçirilən sessiyada cəmi üç maddə müzakirə olunub.

Sözügedən qanun layihəsi ilə yanaşı, parlamentin müxalifətçi üzvü Teona Akuardianın “25 fevral 1921-ci il reyestri”nin yaradılmasını nəzərdə tutan alternativ qanunvericilik təklifi də təqdim edilib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər