Daxili İşlər Nazirliyindən növbəti XƏBƏRDARLIQ
Hadisə yerinə gələn polis əməkdaşlarının çoxsaylı çağırışlarına baxmayaraq, aksiya iştirakçıları hüquq-mühafizə orqanları əməkdaşlarının qanuni tələblərinə tabe olmayıblar, asayişi bərpa etmək üçün Daxili İşlər Nazirliyi qanunvericiliklə müəyyən edilmiş xüsusi vasitələrdən istifadə edib.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin bəyanatında deyilir.
Daxili İşlər Nazirliyi siyasi liderləri, aksiyanın təşkilatçılarını və iştirakçılarını qanunla müəyyən edilmiş toplantı və nümayiş normalarını aşmamağa çağırır.
“Asayişin qorunması üçün Daxili İşlər Nazirliyinin müxtəlif bölmələrinin əməkdaşları parlamentin və hökumətin inzibati binasının ətrafına səfərbər olunub.
Deputatların və parlament aparatının əməkdaşlarının qanunverici orqandan sərbəst çıxması ilə bağlı polis əməkdaşlarının çoxsaylı çağırışlarına, eləcə də Daxili İşlər Nazirliyinin rəsmi açıqlamasına baxmayaraq, aksiya iştirakçıları asayiş keşikçilərinin qanuni tələblərinə tabe olmayıblar.
Asayişin bərpası məqsədilə Daxili İşlər Nazirliyi qanunvericiliklə müəyyən edilmiş xüsusi vasitələrdən istifadə edib.
Aksiya iştirakçıları asayiş keşikçiləri ilə şifahi və fiziki üz-üzə gəlib, həmçinin onlara müxtəlif əşyalar atıblar.
Bir daha siyasi liderləri, aksiyanın təşkilatçılarını və iştirakçılarını qanunla müəyyən edilmiş toplantı və nümayiş normalarını aşmamağa çağırırıq.
Hər bir qanun pozuntusu faktına müvafiq hüquqi cavab veriləcək”, - məlumatda deyilir.


