30 
Apr
2024
21:13
309

Daxili İşlər Nazirliyi bəyanat yaydı

Gürcüstan Daxili İşlər Nazirliyinin bəyanatında deyilir ki, parlament binası yaxınlığında keçirilən aksiya ilə əlaqədar hüquq-mühafizə orqanlarının əməkdaşları səfərbər olunub və hər bir vətəndaşın təhlükəsizliyini qoruyurlar.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi bəyanat yayıb.

Daxili İşlər Nazirliyinin bəyanatına görə, qurum aksiyanın təşkilatçılarını və hər bir iştirakçını qanunu pozmamağa, asayiş keşikçilərinin göstərişlərinə tabe olmağa və aksiyanın dinc şəraitdə keçirilməsini təmin etməyə çağırır. 

"Aksiya iştirakçıları qanunverici orqanının binası ətrafına toplaşıblar.

Deputatların və Parlament Aparatının əməkdaşlarının Parlament binasından təhlükəsiz hərəkətini təmin etmək, hadisələrin süni şəkildə qızışdırılmasının qarşısını almaq məqsədilə Daxili İşlər Nazirliyinin müxtəlif bölmələrinin əməkdaşları qanunverici orqanın girişlərinə səfərbər olunub və toplaşan insanları parlament binasının giriş-çıxış yerlərini boşaltmağa çağırırlar.

Gürcüstanın “Toplantılar və nümayişlər haqqında” qanununa əsasən, inzibati orqanların girişini bağlamaq və onların fəaliyyətinə mane olmaq qadağandır. Odur ki, Daxili İşlər Nazirliyi aksiyanın təşkilatçılarını və hər bir iştirakçını qanunu pozmamağa, asayiş keşikçilərinin göstərişlərinə tabe olmağa və aksiyanın dinc şəraitdə keçirilməsini təmin etməyə çağırır.

İstənilən qanun pozuntusu faktına hüquq-mühafizə orqanları tərəfindən qanunla müəyyən edilmiş cavab tədbirləri görüləcək”, - Daxili İşlər Nazirliyinin məlumatında deyilir.

Bizimlə əlaqə saxlayın