Gürcüstan parlamenti Mərkəzi Seçki Komissiyasının (MSK) rəhbəri Qiorqi Kalandarişvilini yenidən bu postda təsdiq edib.
InterPress.ge xəbər verir ki, onun namizədliyini hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyasından olan deputatlar və müxalifətin bir hissəsi dəstəkləyib.
Məlumata görə, 85 deputat Q.Kalandarişvilinin lehinə, 5 deputat isə əleyhinə səs verib.
Parlament həmçinin komissiya üzvlərini də təsdiqləyib.
