Bu gün, 28 aprel tarixində Tbilisidə Avropa yürüşü keçiriləcək.
InterPress.ge xəbər verir ki, vətəndaş təşkilatlarının elan etdiyi aksiya - Rus qanunlarına qarşı olan vətəndaşlar, fəallar, ictimai xadimlər və qərbyönlü siyasi partiyalar yürüşə qatılacaqlar.
Aksiya saat 19:00-da Respublika meydanında başlayacaq və Rustaveli prospekti ilə Parlament istiqamətində yürüş təşkil olunacaq.
Qanunverici orqanda çıxışlar elan olunub.
