24 
Apr
2024
22:32
1520

Yol hərəkəti qaydalarının pozulmasına görə cərimələrin məbləği artıb

Yol hərəkəti qaydalarının pozulması səbəbindən büdcəyə daxil olan vəsait 1% artıb.

InterPress.ge xəbər verir ki, 2024-cü ilin birinci rübündə dövlət xəzinəsinə yol hərəkəti qaydalarının pozulmasına görə 52 698 780,39 lari, 2023-cü ilin eyni dövründə isə 52 373 923,83 lari daxil olub.

Bu il yol hərəkəti qaydalarının pozulmasına görə büdcəyə daxil olan vəsaitin 60 faizi ərazi vahidinin büdcəsində, qalan 40 faizi isə dövlət büdcəsində toplanıb. Daha dəqiq desək, yol hərəkəti qaydalarının pozulmasına görə dövlət büdcəsinə 21 082 565,95 lari, ərazi vahidlərinin büdcələrinə isə 31 616 214,44 lari daxil olub.

Qeyd edək ki, 2023-cü ildə yol hərəkəti qaydalarının pozulmasına görə ümumilikdə 198 195 949,24 lari büdcəyə daxil edilib.

Bizimlə əlaqə saxlayın