24 
Apr
2024
21:40
757

Gürcüstanda və qonşu ölkələrdə orta əməkhaqqı nə qədərdir?

Gürcüstanda orta aylıq xalis əməkhaqqı 1300 lari təşkil edir.

InterPress.ge xəbər verir ki, dünyanın ən böyük məlumat bazası olan Numbeo-nun reytinqində Gürcüstan orta əməkhaqqına görə 96 ölkə arasında 71-ci yerdədir.

Müqayisə üçün: reytinqin lideri İsveçrədə orta aylıq xalis əməkhaqqı 17 290 laridir, ən aşağı əməkhaqqı isə Misirdədir və 345 lari təşkil edir.

Regionun qonşu dövlətləri arasında Gürcüstan təkcə Azərbaycanı, eləcə də müharibə şəraitində olan Ukraynanı qabaqlayır.

Azərbaycanda orta aylıq xalis əməkhaqqı 1141 laridir və ölkə 75-ci yerdə, Ukrayna isə 1038 lari ilə 79-cu yerdədir.

Ermənistan, Türkiyə və Rusiya da orta əməkhaqqına görə Gürcüstanı qabaqlayır.

O cümlədən Ermənistanda orta əməkhaqqı 1774 lari təşkil edir. Göstəriciyə görə ölkə reytinqdə 55-ci yeri tutur.

Orta aylıq xalis əməkhaqqı 1763 lari olan Türkiyə 56-cı yerdədir.

Orta əməkhaqqı 1477 lari olan Rusiya 66-cı yerdədir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər