Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Qardabanidə abituriyentlər sınaq imtahanında iştirak edib

496
Qardabanidə abituriyentlər sınaq imtahanında iştirak edib
Dinləmək üçün basın

Qardabanidə 11-ci və 12-ci sinif şagirdləri və imtahana hazırlaşan abituriyentlər üçün tam ödənişsiz sınaq imtahanı keçirilib.

Qardabanidə 11-ci və 12-ci sinif şagirdləri və imtahana hazırlaşan abituriyentlər üçün tam ödənişsiz sınaq imtahanı keçirilib.

InterPress.ge xəbər verir ki, sınaq imtahanları Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi və Qardabani Təhsil və İnteqrasiya Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub.

Gürcüstanın vahid milli imtahan standartlarına, eləcə də “1+4” proqramına uyğun keçirilən sınaq imtahanı verbal və riyazi məsələlərin həllini ehtiva edən 40 sualdan ibarət olub. 

Qardabani Təhsil və İnteqrasiya Mərkəzinin direktoru Çiçək Hüseynova bildirib ki, sınağın keçirilməsinin əsas məqsədi yeniyetmələrdə özünəinamın formalaşdırılması, həyəcanın aradan qaldırılması, abituriyentlərin imtahan texnologiyalarına alışmaları, həmçinin hazırlıq səviyyələrinin yoxlanılmasıdır.

Sınaq imtahanında ümumilikdə 100-ə yaxın abituriyent iştirak edib.

 

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Aİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSon xəbərlərə bax →