23 
Apr
2024
10:14
1404

Saxta sürücülük vəsiqəsi verən 4 nəfər saxlanıldı

Samtsxe-Cavaxeti bölgəsində saxta sənədlərin hazırlanması və satılması faktına görə 4 nəfər saxlanılıb.

InterPress.ge xəbər verir ki, bu barədə Xüsusi İstintaq Xidməti məlumat verib.

“İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxs şərikləri ilə birgə Gürcüstan Daxili İşlər Nazirliyinin Xidmət Agentliyinin adından saxta sürücülük vəsiqəsi və sürücülük vəsiqəsinin verilməsinə dair saxta arayış hazırlayıb və 550 ABŞ dollarına satıb", - məlumatda deyilir.

Keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində əlavə olaraq iki saxta sürücülük vəsiqəsi və onun hazırlanması üçün zəruri olan müxtəlif texniki avadanlıqlar götürülüb.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 362-ci maddəsinin ikinci hissəsi ilə aparılır, bu da 3 ildən 6 ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın