22 
Apr
2024
21:37
336

Parlament yaxınlığında “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə etiraz aksiyası davam edir

“Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə etiraz edən tələbələr Rustaveli prospektini bağlayıblar.

InterPress.ge xəbər verir ki, hazırda  Rustaveli prospektində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Bundan əvvəl tələbələr Tbilisi Dövlət Universitetindən Parlamentə yürüş təşkil edib, daha sonra Tbilisi Palas otelinə gəliblər, mitinq iştirakçılarının dediyinə görə, burada Rusiya İnstitutu “Ənənəvi dəyərlər” forumunu keçirir.

Tələbələrin sözlərinə görə, aksiya daimi xarakter daşıyır və hökumət “Xarici təsirin şəffaflığı” qanun layihəsini geri götürənə qədər davam edəcək.

Xatırladaq ki, Gürcüstan parlamenti aprelin 17-də səs-küylü komitə və sessiya müzakirələrindən sonra “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini birinci oxunuşda qəbul edib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər